Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş tutmayan inqilab: Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında tutulanlar var

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyası keçirilib.

“OVD-İnfo” hüquq-müdafiə təşkilatının məlumatına görə, aksiya zamanı 1 026 nəfərdən çox etirazçı saxlanılıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.

Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan qadınlar da qatılıb.