Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş Qərargah: Sutka ərzində 200 rusiyalı hərbçi zərərsizləşdirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 25-nə olan əməliyyat icmalında məlumat verilib.

“Ötən sutka ərzində düşmənin 9 hücumu dəf edilib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sistemi məhv edilib. Düşmən 200-dən çox hərbi qulluqçusunu itirib. Hava hücumundan müdafiə bölmələri Rusiyanın 2 təyyarəsini və 2 PUA-sını vurub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində düşmənin 6 hava hədəfini vurub: 1 təyyarə, 1 PUA və 4 qanadlı raket”, - məlumatda deyilir.