Baş Prokurorluq: 32 nəfər təyyarə qəzasından sağ çıxıb
25 Dekabr 2024
Son məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədən 32 nəfər sağ çıxıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:
"Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır".