Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş nazir postuna 6 namizəd qaldı - Böyük Britaniyada seçkilər

Böyük Britaniyada Mühafizəkarlar Partiyasında Baş nazir üçün səsvermənin birinci turu başa çatıb.

8 namizədin mübarizə apardığı səsvermədə 2 namizəd baş nazirlik yarışı ilə vidalaşıb.

8 namizəd arasında keçmiş maliyyə naziri Rişi Sunak 88, ticarət naziri Penni Mordaunt 67, xarici işlər naziri Liz Truss 50 səs toplayıb.

İlk səsvermədə partiyanın parlamentdəki 358 deputatından 30-nun dəstəyini ala bilməyən namizədlər sıradan çıxarılıb.

Maliyyə naziri Nadhim Zahavi və keçmiş səhiyyə naziri Ceremi Hant ilk turdan keçə bilməyiblər.

İkinci səsvermə sabah keçiriləcək.

Son iki namizəd iyulun 21-nə kimi müəyyən ediləcək. Mühafizəkarlar Partiyasının yeni lideri və baş nazirin adı sentyabrın 5-də açıqlanacaq.

Boris Conson yeni hökumət başçısının adı açıqlanana qədər baş nazir vəzifəsində qalacaq.