Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş komandan, prezident, aktyor, siyasətçi - Zelenski ailəsində necədir?

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena İtaliyanın Rai 1 kanalında yayımlanan “Porta a Porta” verilişinə müsahibəsində ailədaxili vəziyyət haqqında açıqlama verib.

İyulun 3-də baş tutan söhbətin səsyazısı Ukrayna Prezident Aparatının "YouTube" kanalında da yayımlanıb.

Jurnalistin “Ərinizin beynəlxalq aləmdə böyük hörməti var. Ailə dairəsində də o qədər qətiyyətli və möhkəmdir, yoxsa daha mülayimdir” sualına Zelenskaya belə cavab sual verib: “Ailə daxilində onunla tərəfdaşlıq münasibətlərimiz var, biz bərabərhüquqluyuq və uşaqlarla yumşaqxarakterlidir. Onunla istədiklərini edirlər”.

Volodimir və Yelena Zelenski 2003-cü ildən evlidirlər. Onların iki övladı var. Qızı Aleksandra 2004-cü ildə, oğlu Kiril - 2013-cü ildə anadan olub. Cütlük “Kvartal 95” studiyasında birlikdə çalışıb. (ölkə.az)