Logo
news content
User
Kateqoriyalar

Xəbər

Banqladeşdə gəmi və qayıq toqquşub, ölən və itkin düşənlər var

Banqladeşdə Dakka yaxınlığındakı Turaq çayında qayığın yük gəmisi ilə toqquşaraq çevrilməsi nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə “Sinxua” agentliyi yerli təcili yardım xidmətinin növbətçisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hadisə göyərtəsində 18 nəfər olan qayığın yük gəmisi ilə toqquşması nəticəsində baş verib. Agentlik zabitin sözlərinə istinad edərək bildirib ki, "hazırda xilasedicilər bir qadın, bir qız və üç oğlanın meyitini sudan çıxarıblar. Hadisə zamanı daha bir neçə nəfərin itkin düşdüyü bildirilir.

Oxşar qəzalar onlarla çayın kəsişdiyi deltada yerləşən Banqladeşdə tez-tez baş verir. Mütəxəssislər qəzaların əksəriyyətini qayıqlara pis xidmət göstərilməsi, aşağı səviyyəli təhlükəsizlik standartları və gəmilərin həddən artıq yüklənməsi ilə əlaqələndirirlər.