Logo
news content
User
Kateqoriyalar

Xəbər

Balasanyan sülhməramlıların Bakı nümayəndələrilə görüşündə niyə iştirak edib?

Dekabrın 7-də Azərbaycanın nazirlik və idarələrinin nümayəndələrinin Qarabağdakı sülhməramlıların komandanlığı ilə görüşündə "Qarabağın Təhlükəsizlik Şurasının rəhbəri" Vitali Balasanyan da iştirak edib. Bu barədə cümə axşamı Ermənistan KİV bildirib.

“Balasanyan Rusiya sülhməramlı qüvvələrinin daimi dislokasiya yerində keçirilən müşavirədə Rusiya sülhməramlı qoşunları ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə koordinator kimi iştirak edib”. Balasanyan Azərbaycan tərəfinin hərəkətlərindən “narahatlığını ifadə edib”, - məlumatda deyilir.

Sülhməramlıların komandanlığı ilə Qarabağda təbii sərvətlərin qanunsuz işlənməsinin monitorinqi məsələlərini müzakirə edən İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri görüşdə Vitali Balasanyanın iştirakına dair heç bir məlumat verməyiblər.

Xatırladaq ki, 1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş soyqırımı işilə bağlı Azərbaycanda Balasanyana qarşı cinayət işi qaldırılıb. O, Xocalıda 600-dən çox dinc sakininin ölümünə səbəb olan hərbi cinayətkarlardan biri sayılır.

Yeri gəlmişkən, sülhməramlılarla görüş Xocalıda, sülhməramlıların qərargahının yerləşdiyi yerdə keçirilib.