Bakının mərkəzində meşə-park salınır: 30 hektar ərazisi olacaq - GÖRÜNTÜLƏR
19 Dekabr 2022
Bakının Nərimanov rayonunda yeni salınacaq istirahət parkının layihə görüntüləri yayılıb.
Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrini əhatə edəcək yeni park 30 hektar ərazidə yerləşəcək və meşə-park tipli olacaq.
Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub.
Bundan başqa, yeni tikiləcək parkı yolun əks tərəfindəki Dədə Qorqud parkı və Bakı Zooloji Parkı ilə əlaqələndirmək üçün yerüstü keçidlərin yaradılması da layihəyə daxil edilib. (Qafqazinfo)