Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğrayıb - FOTO - YENİLƏNİB
25 Dekabr 2024
AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
AZAL-dan verilən açıqlamaya görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
еəyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.
Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.
Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.