Bakıdan Parisə gedən Durov hava limanında saxlanıldı
25 Avqust 2024
"Telegram"ın təsisçisi və baş direktoru Paver Durov şənbə günü axşam "Le Burje" hava limanında saxlanılıb. 39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Bu barədə Fransanın LCI telekanalına istinadən xəbər verir.
Mənbə iddia edir ki, P.Durov barəsində ilkin araşdırma əsasında Fransa Məhkəmə Polisi tərəfindən ölkə üzrə axtarış elan edilib.
Onun barəsində qərar narkotiklərin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər üzrə Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməməsi səbəbindən verilib.
Təsdiqlənməmiş məlumatlara görə, Durov Fransaya Azərbaycandan gəlib.