Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda vulkan püskürüb

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

Mərkəzindən bildirilib ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.

Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi  h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik  enerjisi Е=0.6×107  təyin olunub.

Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarında qeydə alınıb.