Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda və bölgələrdə yağışlı hava olacaq

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 17-19, gündüz 20-22, Bakıda gecə 17-19, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 21-16, dağlarda gecə 4-7, gündüz 8-13 dərəcə isti olacaq.