Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda sərxoş şəxs avtobusa hücum edərək şüşələri sındırdı - VİDEO

Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.

Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Daha sonra isə nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Artıq avtobus sürücüsünü döyən şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”, - deyə məlumatda qeyd edilib.