Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda sərnişin özünü niyə maşından yola atdı - VİDEO

Paytaxt küçələrinin birində sərnişin avtomobil hərəkətdə olarkən özünü yola atıb.

Bu barədə görüntüləri baku.ws yayıb.

Görüntülərdə “Toyota Prius” markalı avtomobilin ön oturacağında əyləşən şəxsin özünü çölə atdığı əks edilib.

Bildirilir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

İddialara görə, buna səbəb sürücü ilə sərnişin arasında mübahisənin baş verməsidir.

Sözügedən videonu təqdim edirik: