Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda sabiq deputatın qanunsuz tikdiyi binanı sökürlər

Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.

Hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.

Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.

Sosial şəbəkələrdə yayılan iddialara görə, tikili sabiq deputat Əsabil Qasımova məxsusdur. (Report)