Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda konsertdə qorxulu anlar: Hovuza düşən şəxsi son anda xilas etdilər - VİDEO

Bu gün müğənni Ayaz Babayevin "Dəniz Moll" ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb.

Konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.

Belə ki, fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib.

***

Baş verən hadisə ilə əlaqədar “Dəniz Moll” ticarət mərkəzi məlumat yayıb.

Ticarət Mərkəzindən “Qafqazinfo” ya verilən məlumata görə, tədbirin fotoqrafı konsert zamanı ehtiyatsızlıqdan suya düşüb.

“Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotoqraf sudan tez çıxarılıb. Hər şey qaydasındadır”, deyə bildirilib.

Hadisə ilə əlaqədar Ayaz Babayev instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, qeyd edib ki, konsert çox uğurlu keçib.

https://www.youtube.com/watch?v=pms1zDGDKd0