Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda iki uşaq küçədə gecələyir - VİDEO

Bakı şəhərində iki yeniyetmə küçədə gecələyir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Səməd Vurğun küçəsində iki oğlan küçədə yatır.

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov bildirib ki, artıq əməkdaşlar əraziyə yönləndiriliblər:

“Məsələ araşdırılır”. (oxu.az)