Bakıda əkiz körpələr dəm qazından boğularaq ölüb
07 Fevral 2026
Bakıda 2 körpə dəm qazından boğularaq ölüb.
Hadisə paytaxtın Xətai rayonunda baş verib.
Ölən körpələrin əkiz bacı-qardaş olduğu bildirilir. Məlumata görə, 2024-cü il təvəllüdlü F.S. və bacısı 2024-cü il təvəllüdlü K.S. Ş.Səmədov küçəsində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.