Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı-Tehran-Bakı aviareysi bərpa olunur

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb. 

Diplomat xatırladıb ki, bir neçə il sürən aradan sonra Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq sentyabrın 4-ü axşam saatlarında AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reys baş tutub:

"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".