Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı–Tbilisi marşrutunda gedişhaqqı açıqlanıb: "Komfort" 81, "Lüks" 180 manat - FOTO

Mayın 21-də Bakı–Tbilisi–Bakı marşrutunda bütün siniflər üzrə gedişhaqqı açıqlanıb.

"Azərbaycan Dəmir Yolları"ndan (ADY) yayılan məlumata görə, sərnişinlərə "komfort", "komfort+" və "lüks" olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

"Komfort"

  • Bakı – Tbilisi: 81 AZN-dən

"Komfort+"

  • Bakı–Tbilisi: 117 AZN-dən

"Lüks"

  • Bakı–Tbilisi: 180 AZN-dən

  • 2020-ci ilə qədər olan qiymətlərlə müqayisə

  • Yeni tariflər pandemiyadan əvvəlki qiymətlərlə müqayisədə kəskin artımla diqqət çəkir. Yerli mətbuatın məlumatına görə, pandemiya səbəbindən hərəkətin dayandırıldığı 2020-ci ilə qədər Bakı-Tbilisi qatarında gediş haqları belə idi:

  • Plaskart – təxminən 24.54 AZN

  • Kupe – təxminən 35.32 AZN

  • SV (lüks) – təxminən 58.43 AZN

  • Hərəkət Cədvəli

  • Mayın 26-da fəaliyyətinin bərpa ediləcəyi gözlənilən Bakı – Tbilisi – Bakı sərnişin qatarının hərəkət cədvəli məlum olub.

  • "Azərbaycan Dəmir Yolları" (ADY) sözügedən marşrut üzrə həm ilkin cədvəli, həm də yeni qiymətləri elan edib.

  • Bakıdan çıxış: Hər gün saat 23:10 (Tbilisiyə çatış növbəti gün saat 08:41)

  • Tbilisidən çıxış: Hər gün saat 21:00 (Bakıya çatış növbəti gün saat 06:24)

  • Gömrük yoxlanışı: Azərbaycan və Gürcüstan tərəfində 1 saat olmaqla, cəmi 2 saat vaxt ayrılıb.