Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı-Sumqayıt yolunda tıxac yaranıb

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb.

Masazır körpüsü yaxınlığından başlayan tıxac, 20 Yanvar dairəsinə qədər davam edir.

Tıxacın yaranmasına səbəb gecə saatlarından müşahidə edilən yağışlı hava şəraitidir.

Yollarda nəqliyyatın hərəkətində yaranmış sıxlığın qarşısını almaq məqsədilə Saray postu istiqamətindən hərəkət məhdudlaşdırılır. Avtomobillər hissə-hissə yola buraxılır. Bu proses həm də Bakı-Sumqayıt yoluna birləşən Xırdalan, Biləcəri, Xocəsən istiqamətindən gələn yollarda da tətbiq edilir.