Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı-Qazax yolunda avtobus aşıb, 8 nəfər xəsarət alıb

Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

KTM-dən verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.