Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı Moskvanın Ermənistanla danışıqlar barədə təklifilə razılaşıb

Azərbaycan Rusiyada və digər meydançalarda Ermənistanla danışıqlara həmişə hazır olub. Bu barədə TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olduğunu şərh edərkən bildirib.

"Azərbaycan tərəfi Rusiyada və digər məkanlarda erməni tərəfilə danışıqlara həmişə hazır olub", - Hacızadə deyib.

O, Rusiyanın Bakı və Yerevan nümayəndələrinin danışıqları üçün platforma təqdim etməyə hazır olması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın bugünkü bəyanatına belə reaksiya verib.

Mariya Zaxarova qeyd edib ki, Rusiya Federasiyası tərəflər arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik arxitekturasının qurulması üçün əvəzolunmaz zəmin hesab edir.