Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosunda HƏYƏCANLI ANLAR: sərnişinlər düşürüldü...

Bakı metrosunda qatarlar arasında gecikmə yaranıb.

Bu barədə "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Həzi Aslanov-Dərnəgül" xətti üzrə hərəkətdə olan qatarda nasazlıq yaranıb:

"Bu səbəblə sərnişinlər 28 May stansiyasında düşürdülüb. Köməkçi qatar reysə buraxılıb. Ancaq təlimata əsasən, sərnişinlər bu qatardan da düşürülüb və qatar xəttdən çıxarılıb. Nəticədə 12 dəqiqəlik yubanma baş verib".