Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosunda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən ona ünvanlanan sorğu ilə bağlı bildirilib ki, “Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur:

“Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir”.

Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.

“Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”, - məlumatda bildirilib. (Oxu.az)