Bakı metrosunda fövqəladə hadisə - İşıqlar söndü
14 Noyabr 2022
Bakı metrosunun "Avtovağzal" stansiyasında işıqlar sönüb.
Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb: "4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir".
Qeyd edilib ki, hadisənin səbəbləri araşdırılır.