Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosuna balta ilə girib vətəndaşları təhdid etdi - VİDEO

Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.

Öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.

Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün... Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə... Bax metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.

Naməlum şəxs özü ilə gəzdirdiyi və daxili görünməyən sellofana bükdüyü baltanı da nümayiş etdirərək hədələrinin real olmasını vurğulayıb.

Metroya çəkiclə ilə daxil olaraq insanları təhdid edən şəxs bir qədər sonra yeni videosunu paylaşıb. O, kəsici aləti nümayiş etdirib və yenidən cinsi azlıqları hədələyib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.

Həmin görüntüləri təqdim edirik: