Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni əmr imzalayıb. 

Əmrə əsasən Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edəcək.



Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov “Qafqazinfo”ya faktı təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb. (Unikal)