Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlılar Türkiyədə neçə mənzil alıblar?

Ötən ay Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzil sayı bəlli olub.

Bu barədə məlumatı Türkiyənin Statistika İdarəsi yayıb. Bildirilir ki, vətəndaşlarımız avqustda qardaş ölkədən 106 mənzil alıb. Bu, iyul ayı ilə müqayisədə 41 mənzil daha çoxdur.

Qeyd edək ki, avqust ayında xarici vətəndaşlar Türkiyədən ümumilikdə 5 min 273 mənzil alıblar. Mənzillər daha çox Antalya, İstanbul və Mersin şəhərlərində alınıb.

Türkiyədən ən çox mənzil alan xarici ölkə vətəndaşları isə Rusiya (1238), İran (633) və İraqdandır (417).