Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlı tələbələr İtaliyada böyük uğur qazandılar!

İtaliyanın Roma şəhərində 24 ölkənin iştirak etdiyi "Fibonacci Robot Olympiad" Dünya Çempionatında Azərbaycanı təmsil edən IT INNOVATIONS Academy tələbələri böyük uğura imza atıblar. Akademiyanın gənc nümayəndələri "Arduino Mini Sumo" və "Lego Mini Sumo" kateqoriyalarında dünya birincisi, "Lego 3kg Sumo" kateqoriyasında isə ikinci yerin sahibi olublar.

Röyal Şükürlü, İlham Şabanzadə, Alituran Arslan, İsmayıl Sultanlı və Eyyub Xankişiyevin nailiyyətləri Akademiyanın tələbələrinin proqramlaşdırma və robototexnika sahəsindəki bilik və bacarıqlarının nəticəsidir.

Fibonacci Robot Olympiad hər il noyabr ayında keçirilən və dünyanın hər yerindən robototexnika həvəskarlarını bir araya gətirən ən nüfuzlu tədbirlərdən biridir. Burada robototexnika sahəsindəki son yenilikləri nümayiş etdirmək və texnoloji inkişafa dair ən müasir məlumatlara yiyələnmək mümkündür.

IT INNOVATIONS Academy-nin tələbələrinin uğurları Azərbaycanın texnologiya sahəsindəki beynəlxalq reytinqini yüksəldir. Azərbaycanın İtalyadakı səlahiyyətli səfiri Rəşad Aslanov yarışdan sonra qalibləri səfirliyin binasında qəbul etmişdir.