Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanla sərhəddə yeni İran təhlükəsi

Mənbə: Turan

İran yüksək dağlıq ərazidə yerləşən Gilan əyalətində 800 km mənzilli yeni üfüqüstü radar quraşdırıb. O, ölkənin şimal hava məhakının monitorinqi üçün nəzərdə tutulub və İran HHM sisteminə inteqrasiya olunub, xəbəri İranın ISW nəşri yayıb.

Nazi adlı radar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar etmək iqtidarındadır və pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir.

Gilanda Nazir-in quraşdırılması ilə Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran HHM-nin müşahidəsi altında olacaq.

ISW iddia edir ki, 26 oktyabr 2024-cü il tarixində İsrailin aviazərbələri zamanı "Bakıdakı hakimiyyətin iştirakı ilə" İrana zərbə endirilməsi üçün Xəzər dənizinin hava məkanından istifadə olunub.

"İndi, Nazir radarı işə düşdükdən sonra isə Bakı və Xəzər dənizi üzərindəki səmaya istənilən düşməncə hərəkətlərin qarşısını almağa hazır olan İranın müdafiə şəbəkəsi tərəfindən daim nəzarət olunacaq", İranın ISW nəşri belə hesab edir.

Qeyd edək ki, sırf xarici görünüşünə görə radar kifayət qədər primitiv görünür. Lakin o, İsrailin hərəkətlərini izləməyin daha asan olacağı qərbi İranda deyil, Azərbaycanla sərhəddə yerləşən Ərdəbil şəhərinin yaxınlığında quraşdırılıb.

Bu fakt "səmimi dostu və qardaşı" adlandırmağa davam etdiyi şimal qonşusuna qarşı düşmənçiliyini gizlətməyən Tehranın məqsədlərini ən yaxşı şəkildə izah edir.