Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın cənubunda güclü zəlzələ olub

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı zəlzələ olub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınıb", – məlumatda qeyd olunub. Qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub", – məlumatda qeyd olunub.

Yeraltı təkanlar yerli vaxtla saat 07:43-də qeydə alınıb.