Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın "Avroviziya"da neçənci çıxış edəcəyi məlim oldu - SİYAHI

Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Nadir Rüstəmli səhnəyə ikinci yarımfinalda 4-cü çıxacaq.

Bu, İtaliyanın Turin şəhərində müsabiqənin yarımfinalında iştirak edəcək ölkələrin çıxışlarının sırasını müəyyən etmək üçün atılan püşkatma zamanı bəlli olub.

Beləliklə, mayın 12-də, ikinci yarımfinalda 1. Finlandiya, 2. İsrail, 3. Serbiya, 4. Azərbaycan, 5. Gürcüstan, 6. Malta, 7. San Marino, 8. Avstraliya, 9. Kipr, 10. İrlandiya, 11. Şimali Makedoniya, 12. Estoniya, 13. Rumıniya, 14. Polşa, 15. Monteneqro, 16. Belçika, 17. İsveç, 18. Çexiya çıxış edəcək.