Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın "Avroviziya" mahnısı müəyyənləşib

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnı seçilib.

Bu barədə ölkəmizin təmsilçisi Nadir Rüstəmli bildirib.

O, vurğulayıb ki, bu, beynəlxalq yarışmada "Fade to black” mahnısını ifa edəcək. İfaçı sosial şəbəkə hesabında mahnıdan bir parça da paylaşıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.