"Azərbaycanfilm" kinostudiyasının ərazisində partlayış baş verib
27 İyun 2025
Bakıda güclü partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.
İnformasiyaya görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb.
Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb və söndürülüb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.