Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda RİA-Novosti-nin saytına giriş bərpa olunub

Azərbaycanda Rusiyanın Dövlət İnformasiya Agentliyinin - RİA-Novosti-nin saytı açılıb.

2022-ci ilin iyununda RİA-Novosti Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" Artak Beqlaryanla müsahibə dərc etdikdən sonra bu KİV-in saytı bağlanmışdı. 

Bakıda bu nəşr Rusiyanın dövlət KİV-nin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi kimi qiymətləndirilib.

Bakı diplomatik kanallar vasitəsilə rəsmi etirazını bildirib, bundan sonra RİA-Novostinin saytından Beqlaryanın müsahibəsi silinib, lakin agentliyin internet resursuna giriş bağlı olaraq qalıb.