Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda problemli kreditlərdə artım 20 faizi keçdi

2025-ci il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544.8 milyon manat təşkil edib.

Mərkəzi Bankın bu gün, noyabrın 27-də açıqladığı hesabatda bildirilir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 21.3 faiz və ya 95.7 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 13.5 faiz və ya 65 milyon manat artıb.

Ekspertlər deyir ki, problemli kreditlərin artması sırf bahalaşmadan və əhalinin güzəranının ağırlaşmasından irəli gəlir.

Hökumət rəsmiləri məsələni şərh etməyiblər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi.