Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda özünü binadan atan məktəbli kişinin başına düşdü - HADİSƏ ANI - YENİLƏNİB

Bakıda özünü binadan atan məktəblinin kimliyi məlum olub.

Sosial şəbəkələrdə yayılan məlumata görə, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır.

O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

Hadisə anının görüntülərini təqdim edirik (Lent.az):



 






IFrame

***

12:50

Bakıda məktəbli intihar edib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, orta məktəbdə oxuyan qız özünü yaşadığı binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.