Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda ölümün qeydə alınması qaydası dəyişir

Ölümün qeydə alınması qaydası dəyişir.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Qüvvədə olan Məcəlləyə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Digər dəyişikliklə ölüm haqqında məlumat vermə qaydası da dəyişir. Dəyişikliyə əsasən, ölüm haqqında məlumat tibb müəsisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.
Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəsisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaqlar.
Qüvvədə olan Məcəlləyə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.