Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda məktəb binası çökdü: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus bina çöküb. İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, hadisə yeni inşa olunan məktəb binasında baş verib: “Ölən və yaralananlar var. Amma onlar məktəb şagirdləri deyillər. Çünki məktəb istifadəyə verilməyib”.

Təhsil Nazirliyindən isə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur:

“Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.