Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir həkim koronavirus səbəbindən vəfat edib.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov dünyasını dəyişib.

Universitetdən verilən məlumata görə, o, uzun müddətdir koronavirusdan müalicə olunsa da, terminal koma durumuna düşərək vəfat edib.