Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda aviabiletlər niyə bahadı? - Xarici şirkət SİRRİ AÇDI

“WizzAir” və “Pegasus” kimi low-coster (ucuz) avia şirkətlərin Azərbaycandan olan uçuşları digər ölkələrdən olan uçuşlarla müqayisədə daha bahadır.

“Wizz Air” şirkəti bunun səbəbini BBC-yə belə izah edib:

“Bu, Bakı aeroportundan istifadə haqlarının yüksək olmasından irəli gəlir. Hava limanı xidmətlərinə görə Azərbaycan Hava Yollarına (AZAL) ödədiyimiz məbləğ Gürcüstanla müqayisədə 600-800% bahadır. Ermənistanla müqayisədə isə 20-40% bahadır”.