Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda ata evdən gedən qızını öldürdü - FOTO



Abşeronda qətl hadisəsi olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən  Nazim Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilmişdi ki, Ağsu sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.