Azərbaycanda 7 ayda 799 nəfər QİÇS-ə yoluxub
16 Avqust 2024
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir ki, QİÇS-ə yoluxanların 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri əcnəbidir. Azərbaycan vətəndaşları arasında QİÇS-ə yoluxanların 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.