Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana qarşı dezinformasiya yayan jurnalist SAXLANILDI

Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiya yaymaqla məşğul olan rusiyalı hərbi jurnalist Semyon Peqov Moskvada polis tərəfindən saxlanılıb.

Rusiya KİV xəbər verir ki, buna səbəb təxribatçı jurnalistin sərxoş vəziyyətdə mehmanxanaya girmək istəməsi və administratoru hədələməsi olub.

Mehmanxanada dava salan Peqovu sakitləşdirmək üçün polis çağrılıb və o, şöbəyə aparılıb.

Qeyd edək ki, Semyon Peqov "WarGonzo" "Telegram" kanalının müəllifidir.