Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycana düşmən münasibəti olan daha bir siyasətçi Fransanın baş naziri təyin edilib

Fransanın yeni baş naziri təyin edilib.

Bu barədə "France24" məlumat yayıb. Bildirilib ki, bundan sonra Mişel Barnier Fransanın baş naziri vəzifəsini icra edəcək. O, daha əvvəl Fransanın xarici işlər naziri olub.

Qeyd edək ki, bundan əvvəl ölkənin baş naziri Qabriel Attal idi.

Maraqlıdır ki, Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.

O zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.

Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırılmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.

M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər daha da aşağı səviyyəyə düşəcək. (Report)