Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Rusiya prezidentləri telefonla danışıblar

Noyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.