Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi - "Top oyunu"

Ermənistan Parlamentinin spikeri Alen Simonyan İrəvanda Amerika senatorları ilə görüşdükdən sonra bildirib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasında heç bir gecikmə yoxdur. “Bu məsələdə top Azərbaycan tərəfdədir”, deyə Simonyan brifinqdə bildirib.

Simonyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın sərhədin delimitasiyası və demarkasiyası komissiyalarının iş reqlamentinin razılaşdırılması problemsiz davam edir. “Proses davam edir, biz uğur əldə ediləcəyinə ümid edirik”, deyə o, əlavə edib.

Simonyanın bəyanatı erməni və azərbaycanlı siyasətçilər arasında son 30 ildə iki dəfə münaqişəyə daxil olan iki xalq arasında sülh müqaviləsinin bağlanması perspektivi ilə bağlı ən nikbin bəyanatlardan biridir. Lakin Simonyanın “problem olmaması” haqqında iddiası suallar doğurur: bu, yalnız Ermənistan tərəfinə aiddir, ya Azərbaycana da?

Əsas problem Azərbaycan prezidenti İlham Əliyevin mövqeyindədir, o, iki dəfə bildirib ki, Ermənistan Azərbaycan ərazilərinə iddia irəli sürülən Müstəqillik Aktına istinadları çıxarmaq üçün Konstitusiyasına düzəliş edənə qədər sülh müqaviləsi bağlanmayacaq.

Ermənistanın bu tələbə reaksiyası birmənalı olmayıb. Baş nazir Nikol Paşinyan konstitusiiya referendumu zərurətindən danışıb, lakin konkret addımları və ya müddətləri açıqlamayıb. Bu arada, Ermənistanın radikal revanşist müxalifəti anti-Azərbaycan Müstəqillik Aktının ləğvinə dair istənilən müzakirələri qətiyyətlə rədd edir. Bu kontekstdə Simonyanın problem olmaması haqqında iddiası anlaşılmazlıq doğurur.

Fərqli mövqelər və konkret addımların olmaması sülh müqaviləsinin bağlanması yolunda əhəmiyyətli maneələrin qalmaqda olduğunu göstərir.