Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan strateji nöqtələri nəzarətə götürüb, Ermənistanın hərbi infrastruktur darmadağın edilib

Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürüb.

Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə ildə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb.

Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub. Azərbaycan Ordusu ərazidə bütün əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət edir.

Təxribat nəticəsində ilk növbədə Ermənistanın Azərbaycanla sərhəddə qurmaqda davam etdiyi və ölkəmizə qarşı təhdid yarada biləcək hərbi infrastruktur darmadağın edilib.