Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan mətbuatında «İran əleyhinə olan qeyri-dost nəşrlərlə» əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə IRNA xəbər verir.

İran xarici işlər nazirinin köməkçisi səfirə «Azərbaycan mətbuatında İran əleyhinə olan qeyri-dost nəşrlərdən» narazılığını bildirib. "Biz bu prosesin ən qısa zamanda dayandırılacağını və onun təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik", -  deyə iranlı diplomat bildirib.

Azərbaycan səfiri Əli Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini bildirib və İran tərəfinin etirazını Bakıya çatdıracağını qeyd edib.

Qeyd edək ki, əslində İran mediayası ilk olaraq  Azərbaycana qarşı düşmənçilik kampaniyasına başlayıb.  İran KİV-ləri açıq təhdidlərdən, tarixi faktların təhrifindən,  cəkinməyərək Azərbaycan dövlətinə qarşı təbliğat aparır.

Bu kampaniya İran siyasətçiləri və hərbçiləri də qoşulub.

Bakının cavab addımı İran səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması ola bilər.